Azər Bağırovun gəlişindən sonra "Kəpəz" sabiq futbolçularını geri qaytarmaq prosesinə başlayıb.
Rekord.az-a daxil olan məlumata görə, bu futbolçuların başında Rojerio Santos dayanır.
Hazırda İsrail çempionatında oynayan portuqaliyalı qapıçı ilə təmasa keçilib. Lakin onun hazırkı dönəmdə "Kəpəz"ə dönüşü mümkün deyil, çünki "İroni Tiberias"lə yaya qədər müqaviləsi var. Əslində 100-150 min arası transfer haqqı ödəyib Santosu qışda da qaytarmaq olar. Lakin məlum məsələ, Gəncə təmsilçisinin bu qədər pulu yoxdur. Ona görə də ən yaxşı halda keçid mövsümün sonunda reallaşa bilər. Qapıçıya da bununla bağlı deyilib ki, əgər "Kəpəz" Premyer Liqada qalsa, növbəti mövsüm üçün yenidən onu geri qaytarmaq istəyir.