AZ

Amerikanın yükdaşıma nəhəngi 48 min nəfəri işdən çıxarıb

ABŞ-ın karqo şirkəti UPS, bu il 48 min əməkdaşının işdən azad edildiyini açıqlayıb.

Marja xəbər verir ki, Şirkət bu ilin üçüncü rübünə dair maliyyə hesabatını təqdim edib. Açıqlamaya görə, UPS-in gəliri ilin üçüncü rübündə 21,4 milyard dollar təşkil edib. Şirkətin bir səhmə düşən mənfəəti isə həmin dövrdə 1,74 dollar olub.

UPS-in dönüş strategiyası ilə bağlı məlumatda bildirilib ki, daha səmərəli biznes modelinə keçmək və fəaliyyəti bazar dinamikalarına daha çevik uyğunlaşdırmaq məqsədilə həyata keçirilən təşəbbüs çərçivəsində, ilk növbədə idarəetmə səviyyəsində olmaqla, təxminən 14 min nəfər işdən azad olunub.

Bundan əlavə, əməliyyat bölməsindən işçi qüvvəsinin də təxminən 34 min nəfər azaldıldığı qeyd edilib.

Beləliklə, UPS bu il indiyədək ümumilikdə 48 min nəfərin işinə xitam verib.

Seçilən
8
marja.az

1Mənbələr