AZ

ÇL: "Araz-Naxçıvan" əsas mərhələdə ilk oyununa çıxır

UEFA Çempionlar Liqasında iştirak edən “Araz-Naxçıvan” əsas mərhələdə mübarizəyə başlayır. 

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu bu gün ilk matçını keçirəcək.

VII qrupda yer alan təmsilçimiz meydan sahibi Rumıniya çempionu "Yunayted Qalati" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komandanın qrupdakı digər rəqibləri Lüksemburqun "Differdanj" və Niderlandın "Tigers Roermond" kollektivləri olacaq. 

UEFA Çempionlar Liqası
Əsas mərhələ, 7-ci qrup
29 oktyabr

22:00. Araz-Naxçıvan (Azərbaycan) – Yunayted Qalati (Rumıniya)
Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kiuplea (Uels), İrmantas Kapraşovas (Litva).
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya).
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro).
Rumıniya. "Sala Sporturilor Dunarea".

Seçilən
28
1
fanat.az

2Mənbələr