AZ

Pakistan Senatının sədri: İlham Əliyevin sayəsində Azərbaycanda konstitusiyalı milli birlik, sadiqlik formalaşıb

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Suverenlik hər zaman insanların öz müqəddəratını təyin etməsinə, onların azad olmasına imkan yaradıb".

Oxu.Az xəbər verir ki, bunu Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

O bildirib ki, İlham Əliyevin sayəsində Azərbaycanda konstitusiyalı nizam, milli birlik, kimlik, sadiqlik formalaşıb:

"Bu da dünyada ölkənin tərəqqisevər imicinin formalaşmasına şərait yaradıb. İlham Əliyevin bu ili Konstitusiya və Suverenlik İli elan etməsi də bu dəyərlərə sadiqliyin nümunəsidir".

"Sonda onu da qeyd edim ki, biz - Azərbaycan, Türkiyə və Pakistan üç dövlət, bir millətik", - deyə Senat sədri əlavə edib.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr