AZ

Rumıniya və Azərbaycan parlamentləri arasında İşçi qrupu yaradılması təklif olunub

Rumıniya və Azərbaycan parlamentləri arasında İşçi qrupu yaradılması təklif olunub.

APA xəbər verir ki, belə təkliflə Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean çıxış edib.

Rumıniya Parlamenti Senatının sədri bildiirb ki, Rumıniya Azərbaycanla tərəfdaşlığa mühüm əhəmiyyət verir. Mirça Abrudean Milli Məclislə əməkdaşlıq üçün istiqamətlər də təklif edib: “Azərbaycanın ASAN Xidmət modelinin Rumıniyada tətbiqinə başlamışıq. Rəqəmsallaşma, kibertəhlükəsizliklə bağlı Rumıniya və Azərbaycan parlamentlərinin komitələri arasında birgə İşçi qrupu yarada bilərik. Nəqliyyat və enerji üzrə komitələrin də ildə bir dəfə görüşünü təşkil edə bilərik”.

Mirça Abrudean Cənubi Qafqazda sabitliyin hamının xeyrinə olduğunu da vurğulayıb.

Seçilən
11
3
apa.az

4Mənbələr