BAKI, 29 oktyabr. TELEQRAF
"Konstitusiyanın qəbul edilməsi və onun qərarlarının qorunması olduqca önəmlidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Belarus Milli Assambleya Respublika Şurasının sədr müavini Vladislav Tatarinoviç deyib.
O qeyd edib ki, Belarusiyada bu gün milli hüquq sistemi təmin edlib: “Milli özünəməxsusluq qorunub. Əsas qanunlarda unikal Belarus modeli kimi seçilib. Çünki konstitusiya xalqın və dövlətin yaradıcılığını təmin edən əsas sənətdir. Bu Azərbaycanda yüksək səviyyədə təmin edilir. Azərbaycanla Belarusiya arasında əməkdşalıq hazırda uğurla inkişaf edir”.
 
                        