Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin növbəti üçtərəfli görüşü noyabr ayında Bakıda keçiriləcək.
Ölkə.az xəbər verir ki, Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Pakistan Senatının sədri Syed Raza Gilani deyib.
Onun sözlərinə görə, spikerlərin növbəti üçtərəfli formatda görüşü noyabrın 11-12-də Bakıda baş tutacaq.
“Toplantıda ölkələrarası əlaqələrin inkişafında parlamentlərin rolu müzakirə olunacaq”, - o qeyd edib.
Mürtəza