Bakının Xəzər rayonunda "Karsan" markalı avtobusda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobusu yanıb.
Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında 160 nömrəli marşrut avtobusunda qeydə alınıb.
Hələlik hadisənin baş vermə səbəbi və xəsarət alanlar barədə məlumat yoxdur.
Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.