Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qaradəniz ölkələrin artıq yeni enerji xəritəsinin formalaşmasında mühüm oyunçulara çevrilir.
"APA-Economics" xəbər verir ki, bunu 13-cü Beynəlxalq Caspian Energy Forumunda xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu prosesdə həm istehsalçı, həm də tranzit ölkə kimi önəmli rol oynayır.
"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa olunan enerji layihələri, eləcə də Xəzər dənizindəki külək potensialının reallaşdırılması ölkəmizi regionun yaşıl enerji mərkəzində çevirməktədir", - nazir müavini qeyd edib.
O əlavə edib ki, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji gücünə dair hədəflərinə çatmaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq aparır.