AZ

Monteneqro DİN əcnəbilərlə bağlı qərar verdi

Monteneqroda əcnəbilərə nəzarət tədbirləri gücləndiriləcək.

“Yeni Sabah” MEAZ-a istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi ölkədə əcnəbilərin qalmasına və işləməsinə nəzarətin gücləndirilməsi məqsədilə iclas keçirib.

İclasda qərara alınıb ki, əcnəbi təsisçilərə məxsus şirkətlərdə yoxlamalar aparılsın. Pozuntu aşkarlanacağı təqdirdə onların icazələri ləğv ediləcək. Dördpendirli pizza

Bundan başqa, ictimai təhlükəsizliyə təhdid yaradan, dözümsüzlüyü qızışdıran və ya qanunu pozan hər hansı məsuliyyətsiz davranış qanun çərçivəsində ciddi şəkildə cəzalandırılacaq.

Xatırladaq ki, ötən həftəsonu Türkiyə vətəndaşlarının iştirakı ilə Podqoritsa şəhərində iğtişaşa törədilibb. Buna səbəb yerli sakini Türkiyə vətəndaşının bıçaqlaması olub. Həbs olunanlar arasında Azərbaycan vətəndaşı Anar Həsənov da var.


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr