ABŞ-da hepatit C və COVID daşıyıcısı olan təhlükəli laboratoriya meymunu qaçıb.
Musavat.com xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Hadisə Missisipi ştatında baş verib. Polis bildirir ki, Tuleyn Universitetinə məxsus laboratoriya meymunlarını daşıyan yük maşını qəza nəticəsində aşıb.
Nəticədə bir neçə meymun qəfəsdən çıxaraq qaçıb. Onlardan hamısı zərərsizləşdirilib, lakin bir meymun hələ də azadlıqdadır və hüquq-mühafizə orqanları onu tapmaq üçün axtarış əməliyyatları aparır.
Rəsmilər əhalini xəbərdar edərək, heyvana yaxınlaşmamağı və onun harada görüldüyü barədə polisə dərhal məlumat verməyi tövsiyə ediblər.
Musavat.com