Yaponiya Ətraf Mühit Nazirliyi aprel ayında başlayan bu maliyyə ilində ölkə daxilində ayı hücumlarından artıq 10 nəfərin öldüyünü bildirib ki, bu da rekord göstəricidir...
Poliqon-nun məlumatına görə, bu barədə NHK məlumat yayıb.
Son ölümcül hadisə ötən həftənin cümə günü Akita prefekturasındakı bir kənddə ayının 38 yaşlı kişini dişləməsi ilə baş verib.
NHK-nın məlumatına görə, bazar günü etibarilə bu ay ayı hücumlarında ən azı 78 nəfər yaralanıb.
Bu rəqəm 2023-cü ilin oktyabr ayında qeydə alınan əvvəlki 73 nəfərlik rekordu üstələyir.
Qeyd olunur ki, ayı hücumlarının ən çox qurbanı Akita prefekturasında - 35 nəfər, ardınca İvatedə - 10 nəfər və Fukuşimada - səkkiz nəfər qeydə alınıb.
Poliqon.info