AZ

Qazaxıstan parlamenti süni intellekt haqqında qanun qəbul etdi

BAKI, 29 oktyabr. TELEQRAF

Qazaxıstan parlamentinin bu gün keçirilən plenar iclasında “Süni intellekt haqqında” qanun qəbul edilib.

Teleqraf xəbər verir ki, qanun rəqəmsallaşma proseslərinin tənzimlənməsi, süni intellektin təhlükəsiz tətbiqi üçün müasir hüquqi bazanın yaradılması və mövcud qanunvericiliyin təkmilləşdirilməsinə yönəlib.

Bu, Qazaxıstanda süni intellekt texnologiyalarını tənzimləyən ilk hüquqi bazadır, süni intellektin təhlükəsiz və etik tətbiqinin təmin edilməsi, şəxslərin hüquq və azadlıqlarının qorunması, innovativ inkişafın stimullaşdırılmasını ehtiva edir.

Qazaxıstan parlamentində indiyədək qanuna 16 dəfə dəyişiklik olunub.

Seçilən
31
teleqraf.com

1Mənbələr