“Atəşgah Həyat” Sığorta Şirkəti ilk 9 ayda 81 milyon 124 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları illik müqayisədə 17 milyon 178 min manat (26,8%) artıb. Ötən il yığımlar 63 milyon 946 min manat olmuşdu.
Ödənişlər isə 10 milyon 612 min manat (28,8%) artaraq 47 milyon 513 min manat olub. Ötən il ödənişlər 36 milyon 901 min manat idi.