Bu gün səhər saat 05 radələrində Xəzər rayonu, Binə qəsəbəsində marşrut avtobusu yanıb.
"Cebheinfo.az" xəbər verir ki, “Çinar Trans” MMC-yə məxsus 160 nömrəli marşrut üzrə hərəkət edən BMC markalı avtobus tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı avtobusda sərnişinin olmadığı bildirilir.
***
FHN-dən bildirilib ki, hadisə vaxtı BMC markalı avtobusun yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat katibi Tural Orucov Oxu.az-a açıqlamasında bildirib ki, yanğına səbəb mühərrikdə yaranan nasazlıq olub:
“Oktyabrın 29-u saat 04:45-də Mərdəkan şosesi Binə qəsəbəsi yaxınlığında “Çinar Trans” MMC-nin istismarında olan 99-JK-966 dövlət nömrə nişanlı 160 nömrəli marşrut avtobusunda qarajdan başlanğıc dayanacağa (sərnişin olmadan) gedərkən mühərrikdə yaranan nasazlıq səbəbindən alovlanma baş verib. Alovun qarşısı alınıb. Xəsarət alan yoxdur”.
"Cebheinfo.az"
 
                        