BAKI, 29 oktyabr. TELEQRAF
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə,
Oktyabrın 28-də polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 1 tapança, 65 qumbara, 18 alışdırıcı, 11 partladıcı, 23 mərmi, 6 tüfəng, 249 patron darağı və 18885 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.