AZ

Saqr Qobaş: Qanunverici qurumlar konstitusiya dəyərlərinin qorunmasında mühüm rol oynayır

BAKI, 29 oktyabr. TELEQRAF

"Azərbaycan xalqını 3 il öncə qəbul edilmiş Konstitusiya və suverenlik günü münasibəti ilə təbrik edirəm. Son 30 il ərzində Azərbaycanın inkişafı bütün imkanları və bunun heç də təbii sərvətlərlə bağlı olmadığını göstərdi".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransda Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş deyib.

O qeyd edib ki, konstitusiya dövlətin region və dünya birliyi ilə prinsiplərini müəyyən edən bir zəmanətdir: “Azərbaycanda baş verən inkişaf dövlət və vətəndaş arasında bütün sahələrdə bağlılığı nümayiş etdirir. BƏƏ ilə Azərbaycanla arasında əlaqələr qarşılıqlı maraqlar üzərində yüksək səviyyədə qurulub”.

Şura sədri bildirib ki, BƏƏ-nin sədrinin Azərbaycana səfəri əməkdaşlığın uğurlu bir nümunəsi idi: “Qanunverci qurumlar da konstitusiya dəyərlərinin qorunmasında mühüm rol oynayır. Bu istiqamətdə iki ölkə arasında sıx əməkdaşlıq və etimad mövcuddur”.

Seçilən
59
3
teleqraf.com

4Mənbələr