AZ

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

Bakı.Trend:

Şübhəli zənglər, bank əməkdaşı, yaxın qohum və digər bu kimiqurama obrazlar… Hələ son deyil… Siyahıya elektron platformalardangöndərilən saxta keçidləri, sosial şəbəkələr üzərindən edilənşirnikləndirici reklamları və daha nələri-nələri əlavə edə bilərik.Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqlissenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər.Məqsəd isə dəyişməz olaraq qalır.

Trend xəbərverir ki, bu barədə DİN-in kibercinayətkarlıqla bağlı vətəndaşlaramüraciətində bildirilib.

Qeyd edilib ki, kimin, hansı məqsədlə zəng etməsindən asılıolmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxilolan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartıməlumatlarınızı heç kimlə bölüşməyin.

Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz.Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və bu barədədərhal polisə müraciət edin.

Gəlin, kibermaarifləndirmə sahəsində səylərimizi birlikdəartıraraq yaxın çevrəmizdə olan insanları da məlumatlandıraq.Bununla da kiberdələduzların cinayətkar niyyətlərini qarşısını alaqvə bank kartlarımızın təhlükəsizliyini qoruyaq!

Məqalədə:
Seçilən
53
4
az.trend.az

10Mənbələr