
“Qalatasaray” klubunun argentinalı hücumçusu Mauro İkardinin gələcək taleyi ilə bağlı ilk açıqlama futbolçunun agentindən gəlib.
Misisya.Az xəbər verir ki, İkardinin nümayəndəsi Elio Pino müqavilə məsələsinə dair danışaraq klub rəhbərliyindən hələlik təklif almadıqlarını bildirib.
“Klubdan hələlik heç kim bizimlə əlaqə saxlamayıb. Dursun Özbek və Abdullah Kavukcunun açıqlamalarını oxudum, lakin ‘Qalatasaray’ kapitanının klubun niyyətlərini müəyyən etmək üçün mövsümün sonuna qədər gözləməsi düzgün olmazdı. Dekabr ayına qədər gözləyəcəyik. O vaxta qədər təklif gəlməsə, digər variantları nəzərdən keçirməkdə sərbəst olacağıq”, – deyə Pino qeyd edib.
Agent həmçinin vurğulayıb ki, İkardiyə bir neçə klubdan maraq olsa da, oyunçu ilk növbədə “Qalatasaray”ın mövqeyini öyrənmək istəyir.
Qeyd edək ki, Mauro İkardi İstanbul təmsilçisinə PSJ-dən transfer olunub. Onun “Qalatasaray”la müqaviləsi 2024/2025 mövsümünün sonunda başa çatacaq.
Seyranə QuliyevaMissiya.Az