AZ

Pakistan Hindistanla sərhəddə hava məkanını bağladı

Pakistan, Hindistanın Racastan və Qucarat ştatlarında hərbi təyyarələrin də iştirak etdiyi hərbi təlimlərə başlaması ilə əlaqədar olaraq, Hindistanla sərhəddəki hava məkanını bağlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “The Economic Times” Pakistanın Mülki Aviasiya İdarəsinin rəsmi açıqlamasına istinadən məlumat yayıb.

Açıqlamaya görə, bu gündən etibarən həm yerli, həm də xarici aviaşirkətlər Pəncab və Sind əyalətlərində iki gün ərzində uçuş həyata keçirə bilməyəcəklər.

Bu addım, Pakistan və Hindistan arasındakı gərginliyin daha da artdığı bir dövrdə atılıb və hər iki ölkənin hava nəqliyyatı üzərində yeni məhdudiyyətlər tətbiq edilib.

Seçilən
29
veteninfo.az

1Mənbələr