AZ

Ayaqların daim üşüməsi ciddi xəstəliklərin əlaməti ola bilər -Həkim

İnfeksionist Vera Seriojina insanların ayaqlarının tez-tez və davamlı olaraq üşüməsinin mümkün təhlükəli səbəblərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə "RİAMO"ya danışıb.

Həkimin sözlərinə görə, soyuq ayaqlar hipotireoz - yəni qalxanabənzər vəzinin kifayət qədər hormon ifraz etmədiyi vəziyyətin əlaməti ola bilər. Bundan başqa, dəmir çatışmazlığı anemiyası da bu halın əsas səbəblərindən biridir. Bu zaman orqanizmdə hemoglobin səviyyəsi azalır və toxumalar kifayət qədər oksigen ala bilmir.

Seriojina bildirib ki, ayaqlarda soyuqluq şəkərli diabet zamanı da müşahidə oluna bilər. Xırda damarların zədələnməsi nəticəsində toxumaların, xüsusilə də ayaq altı hissələrinin qidalanması pozulur.

O əlavə edib ki, ürək-damar xəstəlikləri, damarların aterosklerozu və passiv həyat tərzi də ayaqların daim üşüməsinə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr