AZ

Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Bakı.Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatınınəməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkməmüəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsininqarşısı alınıb.

Trend xəbərverir ki, bu barədə ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhkuma həyat yoldaşı tərəfindən göndərilmişbağlamaya baxış keçirilən zaman gödəkçənin cibində gizlədilmişbükülülərdə 1,860 qram heroin və 0,498 qram metamfetamin aşkarolunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarındasaxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və yaötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir dahavətəndaşların diqqətinə çatdırılır.

Seçilən
33
az.trend.az

1Mənbələr