Ağsu İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş uşu idman növü üzrə yeniyetmə və gənclər arasında klublararası turnir keçirildi.
Rekord.az xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Daha sonra çıxış edənlər iştirakçılara turnirin məqsədi və qaydaları haqqında ətraflı məlumat verdilər. Gərgin və maraqlı keçən yarışların nəticəsinə əsasən, I, II və III yerləri tutan idmançılar diplom və medallarla təltif olundular. Turnirin keçirilməsində məqsəd əlamətdar günlərin qeyd olunması, yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və idmana marağın artırılması olmuşdur.