AZ

Gəncədə 32 yaşlı şəxs bıçaqlandı (YENİLƏNİB)

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Göygöldə gənc oğlanı bıçaqlayan şəxs saxlanılıb.

"Unikal"ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakini İ.Orucova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Göygöl rayon sakini Elbrus Quliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

*** 09:01

Gəncədə 32 yaşlı şəxs bıçaqlanıb. 

"Unikal"ın məlumatına görə, şəhər sakini 1993-cü il təvəllüdlü Dadaş Nəbiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib.  Vəziyyətinin kafi olduğu bildirilir. 32 yaşlı kişinin hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb.

Tural Əhmədov 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
unikal.az

1Mənbələr