AZ

İranda çevrilişin anonsu verildi

BAKI, 29 oktyabr. TELEQRAF

“İranda rejimin devrilməsi mümkündür, onun vaxtı çatıb, amma bunun reallaşması bir neçə il çəkəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrail kəşfiyyat xidməti MOSSAD-ın keçmiş rəhbəri Yossi Koen deyib.

“İran rejiminin devrilməsi mümkündür, amma bu, bir neçə il çəkəcək. İran xalqı zorakı hakimiyyətdən əziyyət çəkir, kim etiraz etməyə cəsarət göstərsə, ya edam olunur, ya da güllələnir”, - Koen vurğulayıb.

MOSSAD-ın keçmiş rəhbəri əlavə edib ki, əgər dünya İran xalqına dəstək versə, bu dəyişiklik baş verəcək.

Seçilən
21
teleqraf.com

1Mənbələr