2024-cü ildə yüksək göstəricilərlə yadda qalan iqtisadi artım 2025-ci ilin ilk yarısında zəifləyib. Bunu Dünya Bankının baş iqtisadçısı Nadir Ramazanov deyib.
Dünya Bankının təqdim etdiyi son hesabata görə, real ÜDM-in artım tempi aşağı düşüb.
Qeyri-neft sektorunda artım davam etsə də, neft-qaz sektorunda geriləmə ümumi göstəricilərə mənfi təsir göstərib. Hesabatda həmçinin ümumi tələbi formalaşdıran əsas göstəricilərin dinamikasında da zəifləmə qeydə alınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə: Əməkhaqqı artımı geriləyib, İstehlak kreditlərinin artımı kəskin şəkildə aşağı düşüb. Büdcə xərclərinin artım tempi zəifləyib, investisiya artımı mənfi zona keçib.",- o bildirib.
Aytac