Azərbaycan və Pakistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr olunur.
Pakistan doğmadır Azərbaycana,
Doğmalıq güc verir hər iki xalqa.
Əbədi dayaqdır qardaş-qardaşa,
Bakıdan salamlar İslamabada.
Gördük dəstəyini çətin zamanda,
Doğma Qarabağda, haqq savaşında.
Sevgimiz sonsuzdur dost Pakistana,
Bakıdan salamlar İslamabada.
Qürurla baxıram dost bayrağına,
Ruhumla bağlıyam mən Pakistana.
Vurğunam könüldən bu pak məkana,
Bakıdan salamlar İslamabada.
Sülh arzulayıram mən Pakistana,
Bənzəsin hər zaman o gülüstana.
Qoy yayılsın səsim bütün cahana,
Bakıdan salamlar İslamabada.
Anar ƏHMƏDOV
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru, mayor
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
