AZ

Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

Bakı. Trend:

Oktyabr 31-də ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupununtəşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkıağır fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma vəMəsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək.

Trend xəbərverir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri – KonqoDemokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr,habelə diplomatlar və rəsmi şəxslər iştirak edəcək. Ümumilikdəkonfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmışmütəxəssilər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyətifəalları, reparasiya məsələləri üzrə ekspertlər qatılacaq.

Konfransda Belçikanın Afrika qitəsində, xüsusilə KonqoDemokratik Respublikası, Ruanda və Burundi kimi keçmişmüstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər – etnikbölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsi,o cümlədən Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edənağır nəticələri müzakirə ediləcək. Eyni zamanda, Belçikanınmüstəmləkə ərazilərində həyata keçirdiyi neokolonial siyasətnəticəsində adıçəkilən ölkələrin resurslarının hələdə istismaredilməsi, dəymiş ziyana görə bu xalqlara ödənməli olan kompensasiyatələbinin beynəlxalq müstəviyə daşınması və beynəlxalqtəşkilatların gündəliyinə salınması ətrafında fikir mübadiləsiaparılacaq.

Konfransdan bir gün öncə, 30 oktyabrda xarici qonaqlar BakıDövlət Universitetində müəllim və tələbə heyəti ilə “MərkəziAfrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edənağır fəsadları” mövzusunda müzakirələr aparacaq, auditoriya üçünmühazirələr oxuyacaqlar.

Xatırlatma: 2019-cu il tarixində BMT-nin AfrikaMənşəli Şəxslərin İşçi Qrupu tərəfindən hazırlanan hesabatdaBelçikanın müstəmləkəçiliyi dövründə indiki Konqo DemokratikRespublikası (DRK), Ruanda və Burundidə 10 milyon insanın qətləyetirildiyi, on minlərlə insanın əllərinin kəsildiyi, bu gün dəmünaqişə ocağına çevrilmiş etnik bölünmə siyasətinin həyatakeçirildiyi, yerli əhalinin məcburi əməyə cəlb edildiyi, 20 000qarışıq nigahdan olan (metis) uşağın oğurlandığı və yerliicmalardan ayıraraq asimilasiya siyasətinə məruz qoyulduğu,soyqırımlara zəmin yaradıldığı vurğulanır. Hesabatda Belçikayahəqiqətlərin və faktların aşkar edilməsi üçün komissiyanınqurulması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyəedilir.

Digər müstəmləkəçi dövlətlər kimi, Belçika da işğal və istismaretdiyi xalqlara qarşı misilsiz vəhşiliklər törətsə də, təəssüf ki,dünya ictimaiyyətindən bu cinayətləri gizlədə bilib. Konfransınməqsədi həm də tarixi həqiqətlərlə ictimaiyyəti tanış etməkdir.

Seçilən
16
18
az.trend.az

10Mənbələr