AZ

Türkiyədə bina çökdü

İstanbuldan 60 kilometr məsafədə yerləşən Gebze qəsəbəsində altımərtəbəli bina çöküb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı NTV telekanalı yayıb.

Bildirilir ki, hadisə yerində xilasedicilər işləyirlər. Binanın yaxınlığında metro xəttinin çəkilişi işləri aparılırmış.

Ehtimallara görə, binanın dağıntıları altında təxminən altı nəfər qalıb.

Gebze meri Zinnur Büyükgöz bildirib ki, evdə yeddi nəfərdən ibarət iki ailə yaşayırdı, lakin çöküntü baş verən zaman onların evdə olub-olmadıqları hələlik bəlli deyil.

Seçilən
18
2
editor.az

3Mənbələr