AZ

Nigar Axundova: Bakı Beynəlxalq İncəsənət Festivalının yaranması ideyası həmişə gündəmdə olub

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

"Ölkəmizə gələn sənətçilər əsasən Fransa, Böyük Britaniya, Çin, Yaponiya, Gürcüstan, Özbəkistan, İsveçrə və digər ölkələrdən olacaqlar. Burada təbii ki, Azərbaycan musiqiçiləri və Azərbaycan izi də olacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında musiqişünas Nigar Axundova deyib.

O bildirib ki, Heydər Əliyev Fondu tərəfindən geniş proqram həyata keçirilir. Həm Azərbaycan mədəniyyəti dünyada təbliğ edilir, həm də xarici ölkələrdən olan məşhurlar Azərbaycana gətirilir. Nəticədə isə bu fəaliyyət konkret formaya çevrilərək Bakı Beynəlxalq İncəsənət Festivalı kimi festivalın keçirilməsinə yaranmasına səbəb olur:

"Festivalın yaranma ideyasına gəldikdə isə, bu həmişə gündəmdə idi. Həmişə belə bir ideyamız var idi. Çünki Heydər Əliyev Fondu tərəfindən geniş proqram həyata keçirilir. Həm Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edirik. Digər tərəfdən isə Fondun başqa bir istiqaməti xarici ölkələrdən önəmli məşhur mədəniyyət işçilərini, rejisssorları, bəstəkarları, ifaçıları Azərbaycana gətirməkdir. Bu artıq iki istiqamətli fəaliyyətdir. Buna görə də nəhayət ki, bu fəaliyyət konkret formaya çevrildi. Ermənistandan festivala qatılan olmayacaq. Bizim niyyətimiz həmişə qonşularımız olan Gürcüstan, Rusiya, İranla yaxşı münasibət qurmaq olub. İndi ola bilər ki, İrandan sənətçi gəlsin".

Qeyd edək ki, Bakı Beynəlxalq İncəsənət Festivalı 31 oktyabr- 16 noyabr 2025-ci il tarixində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
baku.ws

3Mənbələr