ain.az, Mia.az portalına istinadən məlumat yayır.
Dünən gecə Baş nazir Netanyahunun orduya "Qəzzanı vurun" əmrindən sonra bölgədə gərginlik yenidən artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu gecəboyu Qəzzanın müxətlif bölgələrinə hava və qurudan zərbələr endirib.
Qəzzadakı Səhiyyə Nazirliyinin ilkin məlumatına görə, İsrailin atəşkəsi pozması nəticəsində 63 nəfər öldürülüb: "Təəssüf ki, öldürülənlər arasında 24 uşaq da var".
Nazirlikdən bildirilib ki, 100-dən çox yaralı bvar: "Ölü və yaralı sayının artma ehtimalı çoxdur".
Tahir Şəlvəli
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.