AZ

Polis Astarada əməliyyat keçirdi, narkokuryer saxlanıldı

Bakı.Trend:

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrinqanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumatagörə, narkokuryerlikdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28yaşlı Tapdıq Zeynalov rayonun Sım kəndi ərazisində saxlanılıb.

Həmin şəxsin olduğu avtomobildən qaçaqmalçılıq yolu ilə xaricdəyaşayan narkotacirdən əldə etdiyi 8 kiloqram marixuana aşkarlanaraqgötürülüb. T.Zeynalovun həmin narkotik vasitəni maddi qazancqarşılığında paytaxt ərazisində deyiləcək ünvana çatdırmaq barədəsövdələşdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsindəhəbs qətimkan tədbiri seçilib.

Seçilən
11
24
az.trend.az

10Mənbələr