ain.az, GlobalInfo saytına istinadən bildirir.
Argentina millisinin və “İnter Mayami”nin yarımmüdafiəçisi Lionel Messi ən çox sevdiyi idmançıların adını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “NBC News”a müsahibəsində danışıb.
O, keçmiş argentinalı futbolçu və baş məşqçi Dieqo Maradonanı sevdiyini deyib.
“Maradona həmişə ən böyük kumirimiz olub, ona heyran idik. Digər idman növlərinə gəldikdə, açıq şəkildə eyni şey Maykl Cordana da aiddir. Mən daha bir neçə yaxşı basketbolçunun adını çəkərdim – LeBron Ceyms , Step Korri və sair. Onların idmana çox şey qatdıqlarını düşünürəm”, – Messi bildirib.
Futbolçu həmçinin Roker Federer, Rafael Nadal və Novak Cokoviçi kimi tennisçiləri də bəyəndiyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.