Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niupinqlə görüşdük.
"APA-Economics"in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial media hesabında paylaşıb.
Nazir bildirib ki, görüş zamanı ölkələrimiz, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
"Həmçinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılması barədə qərar verdik", - deyə R. Nəbiyev əlavə edib.