ABŞ-dan olan reper və prodüser P.Diddi (Şon Kombs) həbsxanadan vaxtından əvvəl azad oluna bilər. "ABC News"un məlumatına görə, onun Bruklindəki istintaq təcridxanasından 2028-ci il mayın 8-də çıxması planlaşdırılır. Lakin vəkilləri onu daha yüngül rejimli müəssisəyə köçürə bilsələr, bu müddət azaldıla bilər. Musiqiçi köçürülərsə, asılılıqdan müalicə proqramında iştirak edəcək və müalicə uğurlu olarsa, cəzası bir il azaldıla bilər.
Mətləb