AZ

Bir gen neandertalların məhv olmasında həlledici rol oynayıb

ain.az, Bizimyol saytına istinadən bildirir.

Alimlər müəyyən ediblər ki, qədim insanların və neandertalların genetik uyğunsuzluğu sonuncuların tədricən yox olmasına səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, Sürixdəki Təkamül Tibb İnstitutunun tədqiqatçıları, Patrik Eppenbergerin rəhbərliyi ilə apardıqları araşdırmada bu qənaətə gəliblər.

Tədqiqat "PIEZO1" adlı gen üzərində aparılıb. Bu gen həm "Homo sapiens", həm də neandertallarda qırmızı qan hüceyrələrinin fəaliyyətinə cavabdehdir. Alimlər müəyyən ediblər ki, genin müxtəlif variantları hamiləlik zamanı ana ilə döl arasında oksigen mübadiləsinə birbaşa təsir göstərir.

Neandertallarda mövcud olan gen versiyası — böyük meymunlarda rast gəlinən formaya bənzər şəkildə — oksigenin daha yaxşı saxlanmasını təmin edirdi. Bu, onların soyuq iqlim şəraitində yaşamasına üstünlük verirdi. Lakin müasir insanlarda mövcud olan "PIEZO1" versiyası toxumaların oksigenlə təmin edilməsində və embrionun inkişafında daha effektiv sayılır.

Tədqiqatçılara görə, iki növ arasında qarışıq nəsil yaranarkən bu genetik fərqlər hamiləlik prosesində ciddi fəsadlara — dölün oksigen çatışmazlığına, inkişafın ləngiməsinə və ya düşüklərə səbəb ola bilərdi. Bu isə neandertalların çoxalma imkanlarını azaldırdı.

“Belə genetik uyğunsuzluq neandertal populyasiyasını tədricən zəiflədib və onların yox olma prosesini sürətləndirə bilərdi,” — deyə araşdırma müəllifləri bildirirlər.

Alimlər əlavə edirlər ki, "PIEZO1" geni neandertalların məhv olmasına təsir edən yeganə amil olmayıb. Bu prosesə həm də iqlim dəyişiklikləri, sosial və davranış fərqləri təsir göstərib.

Arxeoloq Eypril Novell isə qeyd edir ki, “bir vaxtlar neandertallara soyuq iqlimdə üstünlük verən uyğunlaşma, sonda onların öz əleyhinə işləyib.”

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
bizimyol.info

1Mənbələr