AZ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava ilə əlaqədar əhaliyə müraciət edib

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava ilə əlaqədar əhaliyəmüraciət edib.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Müraciətdə qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətininməlumatına görə, bu gün axşamdan başlayaraq sabah gündüzədək bəziərazilərdə güclü külək əsəcəyi, havanın yağıntılı keçəcəyi, yağışınayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəziçaylarda sel və daşqın hadisəsinin baş verəcəyi və şimşək çaxacağıproqnozlaşdırılır.

"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyəmüraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiqtəhlükəsizlik qaydalarına riayət etməyə çağırıb..

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqətitikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrikdirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyəolunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi iləəlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli havaşəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayətedilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri beləhava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərəalmalıdırlar.

Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel vədaşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaqdurmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyəqalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçünelektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə,mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrikxətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləmək lazımdır", - deyə məlumatdabildirilib.

Seçilən
34
49
az.trend.az

10Mənbələr