AZ

Bu günə kimi neçə ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib?

Bakı. Trend:

Ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən ümumilikdə260-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixolojireabilitasiya xidmətləri ilə təmin edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial XidmətlərAgentliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha30 ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçünölkəmizə gətirilib.

"Onların sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlbedilməsi işləri uğurla davam etdirilir. Artıq 30 uşağınreabilitasiyasına başlanıb. Proqram çərçivəsində uşaqlarİçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarıbulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və buradamaraqlı vaxt keçirmək imkanı qazanacaqlar. Eləcə də, onlar fərdipsixoloji konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqaməşğələləri, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlbolunacaqlar.

Növbəti günlərdə uşaqların Qobustan, Qəbələ və Şəkiyə səfərlərivə bu bölgələrimizin tarixi və görməli yerləri ilə tanış edilməsinəzərdə tutulur. 10 günlük sosial reabilitasiya proqramı uşaqlarınemosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətəinteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır",- deyəAgentlikdən əlavə edilib.

Seçilən
44
3
az.trend.az

10Mənbələr