AZ

ABŞ Çinə qarşı tarifləri azaltmaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə görüşündən sonra fentanil qaçaqmalçılığına görə Çin idxalına tətbiq edilən əlavə tarifləri azaltmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu Tramp Yaponiyadan Koreya Respublikasına gedərkən təyyarəsində jurnalistlərə verdiyi müsahibədə açıqlayıb: "Tarifləri azaltmağımızı gözləyirəm, çünki inanıram ki, onlar bizə fentanil vəziyyətində kömək edəcək".

ABŞ və Çin liderləri arasında görüşün 30 oktyabrda Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində keçirilməsi planlaşdırılır.

ABŞ prezidenti əlavə edib ki, optimistdir və "bir çox məsələni həll edəcək" "Çin prezidenti ilə əla görüşü" səbirsizliklə gözləyir: "Çinlə çox yaxşı münasibətlərimiz var. Düşünürəm ki, görüşdən ölkə və bütün dünya üçün çox yaxşı nəticə əldə edəcəyik".

Si Cinpin və Tramp arasında danışıqların 30 oktyabrda Busanda APEC sammiti çərçivəsində keçirilməsi gözlənilir. Tramp əvvəllər bu görüşdə gələcək ikitərəfli ticarət şərtləri ilə bağlı "ədalətli razılaşma" əldə etməyə ümid etdiyini bildirmişdi. O, həmçinin Rusiya ilə əməkdaşlıq və Ukraynadakı münaqişənin həlli məsələlərini, eləcə də Çinin nüvə silahlarının azaldılması prosesində iştirakı perspektivlərini müzakirə etməyi planlaşdırdığını qeyd edib.

Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr