AZ

Qazaxıstan Prezidenti Türkiyəni təbrik etdi

BAKI, 29 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğan və türk xalqını təbrik edib.

Teleqraf xəbər verir ki, Qazaxıstan lideri bu il Türkiyəyə rəsmi səfəri zamanı Rəcəb Tayyib Ərdoğanla məzmunlu danışıqlar apardığını qeyd edib, Ankarada əldə olunan razılaşmalar və mühüm təşəbbüslərin iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə böyük təkan verəcəyinə əminliyini bildirib.

Kasım-Jomart Tokayev Rəcəb Tayyib Ərdoğana məsul vəzifəsində uğurlar, qardaş Türkiyə xalqına isə ən xoş arzularını çatdırıb.

Seçilən
21
50
teleqraf.com

10Mənbələr