AZ

Litva Kalininqrada tranziti bağlaya bilər

Litva

Litva təhlükəsizlik səbəbi ilə Kalininqrada tranziti əngəlləmək hüququnu özündə saxlayır.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris milli radioya müsahibəsində danışıb.

Nazir deyib ki, Vilnüs təhlükəsizliyi təmin etmək üçün lazım gələrsə, tranziti tamamilə bağlaya bilər.

Budris müsahibəsində onu da vurğulayıb ki, heç kim Litvanın milli təhlükəsizlik maraqlarının müdafiəsi, təhdidlərin qarşısının alınması, suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində fəaliyyətinə məhdudiyyət qoya bilməz.

E. KAMAL

Seçilən
43
reyting.az

1Mənbələr