AZ

Tramp hələ də qərar verməyib 

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya “Tomahawk” tipli qanadlı raketlərin verilməsi məsələsini araşdırır.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Bloomberg” telekanalına müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Tramp hazırda bu məsələyə dair alternativ variantları da nəzərdən keçirir:

“Prezident Tramp hələ də bu məsələni araşdırır - Ukraynaya “Tomahawk” verilməlidirmi, yoxsa digər ölkələrin Kiyevə uzaqmənzilli zərbə imkanları təmin etməsi daha məqsədəuyğundur?”

Uitaker konkret hansı ölkələrin bu prosesə cəlb oluna biləcəyini və hansı növ silahların alternativ kimi nəzərdən keçirildiyini açıqlamayıb.

“Tomahawk” raket sistemləri ABŞ ordusunun silah arsenalında olan 1 500 kilometrdən çox uçuş məsafəsinə və yüksək dəqiqliyə malik uzaqmənzilli zərbə vasitələridir.

Qeyd edək ki, Kiyev son aylarda Vaşinqtondan bu tip raketlərin tədarükünü dəfələrlə xahiş edib. NATO-nun bəzi üzv ölkələri isə Ukraynaya “Tomahawk”la müqayisə oluna biləcək uzunmənzilli raketlər və modifikasiya edilmiş “yer–yer” tipli silah sistemlərinin verilməsini müzakirə edir.

Seçilən
23
1
modern.az

2Mənbələr