AZ

Serbiya millisinin yeni baş məşqçisi müəyyənləşib

ain.az, sport24.az saytına istinadən bildirir.

Serbiya millisinin baş məşqçisi postuna əsas namizəd müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə ölkənin "MaxBet Sport" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Serbiya Futbol Assosiasiyası yığmanı əvvəllər MLS-də "Çikaqo Fayr"ı və İspaniyada isə "Ovyedo"nu çalışdırmış Velko Paunoviçə tapşırmaq qərarına gəlib.

Qeyd edək ki, millinin sabiq baş məşqçisi Draqan Stoykoviç oktyabrın əvvəlində Albaniyaya evdə uduzduqları (0:1) DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra postundan ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
sport24.az

1Mənbələr