GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Qlobal birjalarda qızılın qiymətindəki 3,2 faizlik kəskin eniş investorları təəccübləndirib. Belə ki, qiymət 10 oktyabrdan bəri ən aşağı səviyyəyə – 3 984 dollara qədər geriləyib.
Gözlənilməz enişin səbəbi nədir?
Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, qlobal birjalarda qızılın qiymətinin uzun fasilədən sonra ucuzlaşması siyasi arenada baş verən bir sıra hadisələrlə əlaqəlidir:
“Xüsusilə, ABŞ administrasiyasının və Prezident Donald Trampın son aylarda bir neçə münaqişədə sülhə nail olması bu prosesə təsir göstərib. Belə addımlar beynəlxalq arenada müəyyən sabitlik siqnalları yaradaraq investorlar arasında ümid hissini gücləndirib. Eyni zamanda enerji bazarlarında müşahidə olunan sabitləşmə meyilləri də investorların risk meyilliliyinə təsir edib. Bu da qızılın qiymətində azalma ilə nəticələnib”.
Pərviz Heydərov
İqtisadçı bildirib ki, yaxın gələcəkdə Rusiya-Ukrayna müharibəsi başa çatsa və aparıcı dövlətlər, xüsusilə ABŞ ilə digər ölkələr arasında mövcud tarif münaqişələri həll olunsa, qızılın qiymətində enmələr davam edə bilər:
“Lakin bu prosesin davamlı olub-olmayacağını indidən dəqiq proqnozlaşdırmaq çətindir. Hazırkı qiymət azalması, ehtimal ki, müvəqqəti xarakter daşıyır”.
Ləman İmran
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.