AZ

Tramp üçüncü müddətə namizəd ola bilməməsindən təəssüf edir

BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezident seçkilərində iştirak edə bilməməsindən təəssüfləndiyini bildirib.

Teleqraf xəbər verir ki, bu fikri o, Yaponiyadan Cənubi Koreyaya gedərkən jurnalistlərlə söhbəti zamanı səsləndirib.

Trampdan Nümayəndələr Palatasının spikeri Mayk Consonun açıqlamasını şərh etməsi istənilib. Conson daha əvvəl Trampın prezident postunda üçüncü müddətə qalmasının mümkün olmadığını demişdi.

“Oxuduqlarıma əsasən, mənə üçüncü dəfə prezidentliyə namizəd olmaq icazə verilmir. Görək, nə baş verir”, - Tramp qeyd edib.

“Əgər qanunu oxusanız, bunun mənim üçün mümkün olmadığını açıq şəkildə görərsiniz. Bu, çox təəssüf doğurur”, - ABŞ lideri əlavə edib.

Seçilən
51
teleqraf.com

1Mənbələr