AZ

Keniyada aviaqəza, 12 nəfər həlak oldu

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Keniyanın şərqində, Kvale dairəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, göyərtədə olan 12 nəfərin hamısı həlak olub.

Ölkənin Mülki Aviasiya Departamentindən verilən məlumata görə təyyarə Diani şəhərindən Kiçva Tembo şəhərinə uçurmuş. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra hava limanından 40 km məsafədə dağlıq əraziyə düşən təyyarə bir neçə hissəyə parçalanıb və alovlanıb. Yerli hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.

Qeyd edək ki, həlak olanlardan 4-ü ekipaj, qalan 8 nəfər isə bir ailənin üzvü olub.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
525.az

1Mənbələr