AZ

Kot d İvuarda prezident seçkilərinin nəticəsi elan olunub

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Oktyabrın 25-də Kot-d'İvuarda keçirilən prezident seçkilərinin rəsmi nəticəsi elan olunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırki preziden Alassan Uattara yenidən bu posta seçilib.

Seçki komissiyasının sədri İbrahim Kulibali Kuibyer mətbuat konfransında Uattaranın seçicilərin 89,77 faiz səsini topladığını bildirib. Digər namizədlərdən ən çox səs yığan Jan-Lui Biyon olub - 3,09 faiz. Digər 2 namizəd 2 faizdən az toplayıb.

Maraqlıdır ki, seçkilərdə seçicilərin 50,1 faizi iştirak edib. Bu da seçkinin 50 faiz + 1 həddini keçdiyindən seçkinin legitimliyi üçün bəs edib.

Qeyd edək ki, 83 yaşlı Alassan Uattara 2010-cu ildən bu postdadır.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
525.az

1Mənbələr