AZ

Gəncə Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovla bağlı qərar verdi

ain.az bildirir, Gununsesi portalına istinadən.

Gəncə Apellyasiya Məhkəməsi tanınmış vəkil Zabil Qəhrəmanovu həbsdə saxlayıb.

Bu barədə Gununsesi.info-ya onun vəkilləri bildirib.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılan vəkilə qarşı xuliqanlıq və dələduzluq ittihamı irəli sürülmüşdü.

Gəncə şəhər Məhkəməsinin hakimi Liza Xanməmmədovanın seçdiyi həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə  Gəncə Apellyasiya Məhkəməsində hakim Əlzamin Abdullayevin sədrliyi ilə baxılıb.

Prosesdə çıxış edən Zabil Qəhrəmanov ittihamları rədd edib.

O, məhkəmədə bildirib ki, fəaliyyətinə görə hədəfə gəlib.

Qəhrəmanovun vəkilləri Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Onu da qeyd edək ki, günorta saat 15.30 dan başlanan məhkəmə 21.40 da bitib.

Prosesdə çoxsaylı vəkillər iştirak edib.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr