AZ

Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən,yenidən qurulan Ağdərə rayonunun Həsənriz və Ağdam rayonununXıdırlı kəndlərinə respublikanın müxtəlif ərazilərində yataqxana,sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdənibarət növbəti köç karvanı oktyabrın 29-da yola salınıb.

Trend xəbər verirki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 91 ailə - 366nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə isə 17 ailə - 83 nəfərköçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmətdiləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmişməcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrinicrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerlibölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidənfəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye,energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insanyaşayır.

Məqalədə:
Seçilən
68
23
az.trend.az

10Mənbələr