AZ

“Gürcü Arzusu” üç müxalifət partiyasının qadağan olunmasını tələb edir

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Spiker: “Üç partiya konstitusiya quruluşu üçün real təhlükə yaradır”

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası Konstitusiya Məhkəməsinə üç ən böyük müxalifət partiyasının qanunsuz elan edilməsi üçün iddia qaldırıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Papuaşvili qeyd edib ki, iddiada Qərbyönlü baxışlara malik “Dəyişiklik Koalisiyası”, “Vahid Milli Hərəkat” Partiyası və “Güclü Gürcüstan” blokunun fəaliyyətinin qadağan edilməsi tələb olunur.

Spikrin sözlərinə görə, üç partiya "konstitusiya quruluşu üçün real təhlükə" yaradır.

"Sübutlar təsdiqləyir ki, müvafiq siyasi partiyalar demək olar ki, davamlı olaraq mövcud hökumətin və hakim partiyanın həm daxili, həm də xarici siyasət legitimliyini, dolayısı ilə onların konstitusiyaya uyğunluğunu rədd edirlər", - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
ayna.az

1Mənbələr